Qaradağ rayon icra Hakimiyyətində 20 Yanvar faciəsinin iştirakçıları və 20 yanvar şəhidinin ailəsini Qaradağ Rayon icra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qəbul edib. Bu barədə məlumatı Qaradağ RiH yayıb.
Görüşdə Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov da iştirak edib.
20 Yanvar hadisələrinin xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz kimi qiymətləndirən Qaradağ Rayon icra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov Azərbaycan xalqının öz qürurunu itirmədiyini, onun iradəsinin qırılmadığını bildirib. O qeyd edib ki, xalqımızın qan yaddaşına silinməz faciə olaraq yazılmış 20 Yanvarı milli matəm, hüzn günü kimi qeyd etdiyimizə baxmayaraq eyni zamanda xalqımızın tarixində bir qəhrəmanlıq səhifəsidir. Ümummilli liderimiz Heydər əliyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Yanvar hadisələrinin səbəbləri və nəticələri daha dəqiq araşdırıldığını və tam siyasi-hüquqi qiymətini verdi.
Milli Məclisin deputatı Aydın Hüseynov çıxış edərək bildirib ki, 20 yanvar Azərbaycan tarixinin qanlı səhifəsidir və bu faciə xalqımızın yaddaşında əbədi qalacaqdır. Dövlət tərəfindən faciə qurbanları və iştirakçılar daim xatırlanacaq və onlara lazımi diqqət və qayğı göstəriləcəkdir.
Qaradağ Rayon icra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov 20 Yanvar faciəsi əlillərinin və şəhid ailəsinin problemləri ilə maraqlanıb, onları narahat edən mövzular ətrafında öz fikirlərini bildirib. Qaldırılan problemlərin həlli istiqamətində Qaradağ Rayon icra Hakimiyyəti başçısı Süleyman Mikayılov aidiyyəti üzrə öz tapşırıqlarını verib.
Görüşün sonunda 20 Yanvar faciəsi əlillərinə və şəhid ailəsinə maddi və ərzaq yardımı göstərilib.
Belediyye.info